59 yaşlı qadın bu əməliyyatdan sonra həyatını itirdi

Bakıda xəstəxanada mədəkiçiltmə (Bariatrik) əməliyyatı etdirən qadın ölüb.

59 yaşlı qadın bu əməliyyatdan sonra həyatını itirdi

Intime.az oxu.az-a istinadən xəbər verir ki, ölüm halı “Real Hospital”da qeydə alınıb.

Məlumata görə, 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son illər Azərbaycanda mədəkiçiltmə əməliyyatı geniş yayılıb. Son altı ildə iki minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilib.