Anadolu Agentliyinin ofisinin vurulmasına Türkiyədən ilk reaksiya

Israil ordusu Qəzzada blokada altında olan "Anadolu" xəbər  agentliyinin (AA) ofisinin yerləşdiyi binaya hücum edib.

Anadolu Agentliyinin ofisinin vurulmasına Türkiyədən ilk reaksiya
Anadolu Agentliyinin ofisinin vurulmasına Türkiyədən ilk reaksiya

Intime.az xəbər verir ki, agentliyin müxbiri hücumdan öncə ofisin yerləşdiyi binaya xəbərdarlıq atəşinin açıldığını bildirib.

Xəbərdarlıqdan dərhal sonra AA işciləri özləri ilə bir neçə əşya götürərək, ofisi tərk ediblər və bundan sonra İsrail döyüş təyyarələri 5 raket zərbəsi ilə binanı tamamilə yerlə-yeksan edib.

Hücum nəticəsində 3 fələstinli ölüb,12 nəfər yaralanıb. Onlar arasında 1 körpə və 1 hamilə qadın var.

Fələstin hökuməti hadisə ilə bağlı açıqlama verib: "AA ofisinin hədəfə alınmasının məqsədi şahidləri məhv etmək və İsrailin Qəzza zolağında kütləvi qətlllərə hazırlaşmasıdır.

Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib: "Biz İsrail ordusunun AA-nın Qəzzadakı ofisinin vurmasını pisləyirik".