Astarada üçmərtəbəli ev yandı

Astarada yanğın qeydə alınıb.

Astarada üçmərtəbəli ev yandı

Fövqəladə Hallar Nazirliyindən Intime.az-a verilən məlumata görə, rayonun Kijəbə qəsəbəsində ümumi sahəsi 900 m² olan üçmərtəbəli evin üçüncü mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.