AZAL İrana ucuşları dayandırdı

Yenilənmiş məlumata əsasən, mövcud epidemioloji vəziyyət ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana uçuşları dayandırır.

AZAL İrana ucuşları dayandırdı

Bu barədə Intime.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu gün axşam “Buta Airways” aviaşirkəti İmam Xomeyni adına Hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

Loading...