Azərbaycanda bugünə kimi 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

Azərbaycanda koronavirus infeksiyasına ümumilikdə 273 yoluxma faktı qeydə alınıb.

Azərbaycanda bugünə kimi 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Intime.az-a verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Loading...