Azərbaycanda koronavirusa yoluxanların sayı 28-ə çatdı

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxanların sayı 28-ə çatdı

Bu barədə Intime.az-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

"Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri sabit qiymətləndirilir.

Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq", - məlumatda bildirilib.

 Qeyd edək ki,Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in dünənki açıqlamasına görə, 25 nəfərdə koronavirus aşkarlanıb.

Loading...