Azərbaycanda maskalar pulsuz paylanıla bilər

"Azərbaycanda bu gün maskalarla və dezinfeksiya məhlulları ilə bağlı heç bir qıtlıq müşahidə olunmur”.

Azərbaycanda maskalar pulsuz paylanıla bilər

Intime.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Azərbaycanda tibbi maska istehsalı müəssisələrində maksimal güc gündəlik 500 mindir. Qiymətlərə gəldikdə isə maskaların qiymətinin aşağı düşməsi müzakirə oluna bilər. Hətta istehsal gücü elə bir səviyyəyə çata bilər ki, maskalar pulsuz da ola bilər", deyə İ.Məmmədov bildirib.

İ.Məmmədov bildirib ki, Azərbaycana idxal olunan maskaların qiyməti hazırda satışda olan maskaların qiymətindən daha bahadır: “Onların pulunu sadəcə dövlət ödəyir ki, tibbi maskaların qiyməti 30 qəpikdən baha olmasın”. / Publika.az

Loading...