Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yayılır - RƏSMİ

Son günlər Gəncədə koronavirusa yoluxanların sayı artmaqdadır.

Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yayılır - RƏSMİ

Intime.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O həmçinin tibb işçiləri arasında yoluxmalardan da danışıb: "Bizdə yoluxmalar daha çox ailə üzvləri arasında olur. Bir vətəndaş yoluxduğu zaman onu ailə üzvlərinə də yoluxdurur. Gəncədə belə hal müşahidə edilmişdir. Bir neçə ocaq müəyyənləşdirilib. Bir vətəndaş 5-6 nəfəri birdən yoluxdurub. Tibb işçiləri də eyni şəkildə yoluxublar. Ora bizim əməkdaşlar ezam olunub".

Qeyd edək ki, Gəncədə aktiv yoluxma hallarının sayı 50-dən yuxarıdır. Aprel ayının 26 günündə Gəncədə 101 yoluxma halı müəyyən edilib.

Loading...