Azərbaycanın Moskvadakı səfirliyində yanğın olub? - RƏSMİ AÇIQLAMA

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğınla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.

Azərbaycanın Moskvadakı səfirliyində yanğın olub? - RƏSMİ AÇIQLAMA

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Intime.az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

L.Abdullayeva deyib ki, səfirliyimizin binasında hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.