“Bakı Marafonu-2019”-un qalibi kimdir?

“Bakı Marafonu yüksək səviyyədə təşkil olunub. Təkcə külək qaçmağıma mane olurdu”

“Bakı Marafonu-2019”-un qalibi kimdir?

“Bakı Marafonu yüksək səviyyədə təşkil olunub. Təkcə külək qaçmağıma mane olurdu”

Intime.az xəbər verir ki, bunu “Bakı Marafonu-2019”un kişilər arasında qalibi İsmail Ssenyange deyib. Uqandalı atlet peşəkar idmançı olduğunu, Azərbaycanda keçirilən marafona ilk dəfə qatıldığını deyib.

O, Bakını çox bəyəndiyini söyləyib: “Daha öncə ABŞ, Tailand, İrlandiya, Hindistan, İngiltərə, Bolqarıstan, Çin və digər ölkələrdə baş tutan marafonlarda iştirak etmişəm və həmişə “üçlüy”ə düşmüşəm”.

Qeyd edək ki, Ssenyange Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər olan 21 kilometr məsafəni 1 saat 8 dəqiqə 35 saniyəyə qət edib.

Mənbə: Report.az