Bakı-Quba yolunda dəhşətli qəza - ÖLƏN VAR

Bu gün Bakı-Quba yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı-Quba yolunda dəhşətli qəza - ÖLƏN VAR

Intime.az BakuPost-a istinadən xəbər verir ki, hadisə Şabranın Ağalıq kəndi ərazisində baş verib. 1942-ci il təvəllüdlü Səkinə Musayeva Hilal qızını maşın vurub. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mükün olmayıb.

Faktla bağlı araşdırma aparılır.