Bakıda 16 yaşlı qız hamilə qaldı: Sığınacağa yerləşdirildi - FOTO
Bu gün Bakıda 7 aylıq hamilə olan yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib.

Intime.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, hamilə qalarkən qızın 16 yaşı olub.
Kəmalə Ağazadənin sözlərinə görə, qız bu gündən sığınacağa yerləşdirilib. Material istintaqa verilib.
Anası sual verir:
- Qızım, evdən bir istəyəcəyin var?
- Mama, kuklalarımı heç kimə vermə..."
"Ananın günahı isə heç də az deyil. Cahillik, mental dəyər. Uşaqla, kuklanın fərqini belə anlamayan, "ana" olmağa hazırlığı olmayan bir qızcığazla qarşı-qarşıyayıq”.- deyə, K.Ağazədə əlavə edib. / Publika.az