Bakıda ahıl kişini döydülər - FOTO

Bakıda ahıl kişi naməlum şəxslər tərəfindən döyülüb.

Bakıda ahıl kişini döydülər - FOTO
Bakıda ahıl kişini döydülər - FOTO

Intime.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, Səməd Vurğun parkında qeydə alınıb.

Belə ki, naməlum şəxslərin hücumuna məruz qalan ahıl kişi ağır xəsarət alıb. 

Şahidlərin sözlərinə görə, kişi parkda istirahət edən bir xanımın sifarişi ilə döyülüb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. O, təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.az