Bakıda koronavirus şübhəsi: Tələbə xüsusi xəstəxanaya yerləşdirildi

“Çindən Azərbaycana gələnlər təcrid olunur və Kliniki Tibbi Mərkəzdə (KTM) yoxlanılır. KTM-ə belə müraciətlər olub”. 

Bakıda koronavirus şübhəsi: Tələbə xüsusi xəstəxanaya yerləşdirildi

Intime.az xəbər  verir  ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, hazırda KTM-də bir nəfər çinli karantinə alınıb:

"Həmin şəxs Çin vətəndaşıdır, burada tələbədir. O, müayinə olunacaq, 14 gün ərzində mərkəzdə nəzarətdə saxlanılacaq. Müayinədən sonra qərar qəbul olunacaq və buraxılacaq”.