Bakıdakı Avropa çempionatı ləğv olundu - RƏSMİ

Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv edilib.

Bakıdakı Avropa çempionatı ləğv olundu - RƏSMİ

Intime.az xəbər verir ki, bunu Ümumdünya Karate Federasiyası açıqlayıb. Bildirilib ki, yarışın ləğvinə koronavirus epidemiyası səbəb olub.

Qeyd edək ki, sayca 55-ci Avropa çempionatı martın 25-29-da keçirilməli idi.