“Bir kəlməyə görə qadının başını kəsərəm” - İfadəsinə görə polisə çağırıldı - ÜZR İSTƏDİ

Müğənni Manaf Ağayev ATV-də veriliş zamanı işlətdiyi müəyyən ifadələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ)  dəvət olunub.

“Bir kəlməyə görə qadının başını kəsərəm”  - İfadəsinə görə polisə çağırıldı - ÜZR İSTƏDİ

Intime.az "Report"a istinadən xəbər verir ki, onunla profilaktik söhbət aparılıb, daha sonra sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a təsdiqləyib.

Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.

Loading...