“Bir neçə günlük tətil elan etməlidir” - KAMRAN ƏSƏDOV

Təhsil ekperti Kamran Əsədov koronavirusla mübarizə ilə bağlı öz tövsiyələrini bölüşüb.

“Bir neçə günlük tətil elan etməlidir” - KAMRAN ƏSƏDOV

Intime.az-ın xəbərinə görə, o ilk növbədə məktəbliləri qorumaq üçün Təhsil Nazirliyinin müvəqqəti olaraq bir neçə günlük təhsil müəssisələrində tətil elan etməli olduğunu vurğulayıb:

"Çox təəssüflər olsun ki, bir neçə saatdır ki, sosial şəbəkələrdə və watsapp qruplarında koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə səs yazıları yayılır. Narahat olan şəxslər kütləvi şəkildə apteklərə gedib qoruyucu maska (respirator) və spirt alırlar ki, bu da qeyd olunan məhsulların qiymətinin qalxmasına, işbazların bu məhsulları 1-2 gün sonra daha baha satması üçün gizlətməsinə, yekunda isə məhsul qıtlığına gətirib çıxarır". 

Ekspert bu açıqlamasınl sosial çağırış adlandırıb: "Bakıda son dəfə 2009-cu ildə quş qripi epidemiyası məsələsi gündəmə gələndə maskadan istifadə bu qədər aktivləşmişdi. Əslində hər kəs, xüsusi ilə evində azyaşlı övladları valideynlər narahatdır. Bunun da əsas səbəbi fövqəladə hallarda, problemli situasiyalarda insanların necə davranmağı bilməməsidir. Nəzərə alsaq ki ölkədə qış mövsümüdür və müxtəlif yoluxucu və mövsümi xəstəliklər var, deməli, hər kəs ümumiyətlə qorunmalıdır."

Nə etmək lazımdır:

1. Səhiyyə nazirliyi bu virus barədə insanları maarifləndirməli.
2. Təhsil nazirliyi müvəqqəti olaraq bir neçə günlük təhsil müəssisələrində tətil elan etməli.
3. Azyaşlılar küçə heyvanlarından mümkün qədər uzaq tutulmalı.
4. İstənilən halda baş verəcək bədbəxt hadisəyə hazır olmaq lazımdır. Əgər kimdəsə hər hansı bir narahatlıq olarsa bunu gizlətməməlidir.
5. Təhsil müəssisələrində dezinfeksiya işləri mütəmadi olaraq aparılmalıdır.
6. Antiinhisar agentliyi apteklərdə reydlər aparıb həm zəruri məhsuların qiymətini süni şəkildə artıran və ya gizlədənləri cəzalandırmalıdır.
7. Sosial şəbəkələrdə və watsapp qruplarında əsası olmayan məlumatları yazıb yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

"Demək istəyirəm ki, maskadan qorxmaq lazım deyil. Adı üstündə, o, qorumaq üçündür. Həm bizi, həm də qarşımızdakını. Hər birimizin həyatı önəmlidir. Ona görə də, gəlin maskadan istifadə edək" - deyə, K.Əsədov əlavə edib.