Bu meyvənin qabığı koronavirusu məhv edir

Hazırda dünyanı ələ keçirən koronavirus epidemiyasından xalqı qorumaq üçün səhiyyə təşkilatları bir çox tövsiyələr yayımlayıblar.

Bu meyvənin qabığı koronavirusu məhv edir

Intime.az Yenisabah-a istinadən xəbər verir ki, virusdan müdafiə olunmağın maraqlı üsullarından birini də türkiyəli prof. dr. Erdem Yeşilada açıqlayıb.

Professorun sözlərinə görə, koronavirusdan müdafiə olunmaq istəyiriksə, ilk növbədə boğazımızı və ağciyərlərimizi qorumalıyıq. 

O bildirir ki, bu baxımdan nar meyvəsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, nar qabığının ekstraktı virusların 60 faizini sürətli şəkildə məhv etməyə qadirdir:

"Nar qabığı ekstraktındakı "punikalaqin" adlı aktiv maddənin bu cür viruslara qarşı ölümcül təsir göstərdiyini sübut edən bir çox araşdırma var. Ancaq nar yemək və ya nar qabığından çay dəmləyib içmək sizi virusdan qorumayacaq. Çünki bu maddə mədəyə getdikdən sonra boğazı müafiə edə bilməz. Ona görə də tərkibində nar qabığı ekstraktı, zəncəfil və sarıkök olan, şəkərsiz sorma tabletlərdən istifadə etmək lazımdır. Sorma tablet ağızda olduğu müddətcə və sonrakı 1 saat ərzində qida və ya maye qəbulu qadağandır. Bu sorma tabletlər ağız boşluğunda xüsusi qoruyucu "qalxan" əmələ gətirərək, virusların boğaza yerləşməyinə mane olacaq".