Bu şəxslərə koronavirus peyvəndi vuruldu: “İynə yerində...” - VİDEO

Rusiyada könüllü hərbçilərə eksperimental koronavirus peyvəndi vurulub.

Bu şəxslərə koronavirus peyvəndi vuruldu: “İynə yerində...” - VİDEO

Intime.az Publika.az-a istinadla xəbər verir ki, onlar özlərini necə hiss etdikləri barədə danışıblar.

"Çiyinə vurulan adi iynədir. Heç bir simptom yoxdur: temperatur normaldır - 36,6. Hətta başım da ağrımır. Demişdilər ki, iştaham olmayacaq - əvvəlkindən də çox yeyirik. İynə yerində yalnız iz qalıb, ağrı yoxdur. Səhər idman edirik, heç bir narahatlıq hiss etmirik”, - deyə Sergey adlı könüllü bildirib.

Həkimlər də Burdenko xəstəxanasının mütəxəssislərinin nəzarəti altında peyvənd edilmiş könüllülərin birinci və ikinci qruplarının sağlamlıq vəziyyətlərini yaxşı qiymətləndirirlər.

Onların sözlərinə görə, koronavirus peyvəndi tətbiq olunduqdan sonra heç bir fəsad və ya mənfi reaksiya görünməyib.

Loading...