Çavuşoğlu: “Ərdoğanın Brüsseldə salamlaşma üsulunun dünyada tətbiqinə başlanılıb”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusa görə NATO-nun baş katibi Yens Stoltenberqlə əl tutub salamlaşmamasına münasibət bildirib.

Çavuşoğlu: “Ərdoğanın Brüsseldə salamlaşma üsulunun dünyada tətbiqinə başlanılıb”

Intime.az APA-ya istinadən xəbər verir ki, nazir Türkiyə Prezidentinin Brüsseldəki salamlaşma üsulunun dünyada tətbiq olunmasına başlanıldığını bildirib.

“Həmin salamlaşma bizim də ənənələrimizə uyğundur”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Xatırladaq ki, Brüsseldə NATO baş katibi Ərdoğana əlini uzatsa da, Türkiyə Prezidenti onu geri çevirib. Ərdoğan əlini sinəsinə götürərək "korona" ifadəsini işlədib.