“Çelsi” “Arsenal”ı darmadağın etdi - VİDEO

Bakı Olimpiya Stadionunda 23:00-da UEFA Avropa Liqasının final qarşılaşması başlayıb.

“Çelsi” “Arsenal”ı darmadağın etdi - VİDEO

Intime.az xəbər verir ki, 68 minlik azarkeş tutumuna sahib olan Bakı Olimpiya Stadionda İngiltərənin iki təmsilçisi – "Arsenal” və "Çelsi” qarşılaşıblar.

Hazırda oyunda ikinci hissə davam edir və "Çelsi" hesabı açıb - 0:1

"Çelsi" daha bir qol atıb - 0:2

"Çelsi" 2-ci hissədə dayanmaq bilmir, 3-cü qol da vuruldu - 0:3

70-ci dəqiqədə "Arsenal" bu qollardan birinin əvəzini çıxıb - 1:3

Bu qoldan 1 dəqiqə sonra isə "Çelsi" 4-cü qola imza atıb - 1:4

Beləliklə, "Çelsi" "Arsenal"ı 4-1 məğlub edərək, Avropa Liqasının qalibi olub.

 

Mia.az