Barselona səfərdə qələbə qazanıb, Yuventus heç-heçə edib

Barselona səfərdə qələbə qazanıb, Yuventus heç-heçə edib

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşləri başa çatıb.

Intime.az report.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib. "Mançester Yunayted" İngiltərədə İspaniya "Barselona"sını qəbul edib.

Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. 12-ci dəqiqədə Luis Suaresin baş zərbəsindən sonra Lük Şouya dəyən top tora daxil olub.

Yan xətt hakimi bu epizodda ofsaydın olduğunu iddia etsə də, VAR sisteminə müraciət olunduqdan sonra italiyalı baş hakim Canluka Rokki mərkəzi göstərib.

Səfər qələbəsi sayəsində "Barselona" yarımfinala vəsiqə şanslarını yüksəldib.