Daha bir məşhurun övladı qəza keçirdi

Əməkdar artist Mətanət İsgəndərlinin Türkiyədə yaşayan qızı Ülkər avtomobil qəzası keçirib.

Daha bir məşhurun övladı qəza keçirdi

Intime.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Hər şey daxil" verilişində danışıb. O bildirib ki, ailə üzvləri hadisəni uzun müddət ondan gizlədib:

"Atam, bacım, gəlinimiz, oğlum Kərim bilirmiş. Gedib qurban kəsiblər. Ancaq mənə deməyiblər. Çox ağır qəza olub. Şükür edirəm ki, balam oradan salamat çıxıb.

Qızım maşında qabaqda oturubmuş. Maşını kürəkənimin dostunun yoldaşı sürürmüş. Birlikdə Antalyaya gedirmişlər. TIR-la toqquşublar. Böyük yük maşını 140 sürətlə gedirmiş. Maşın düz qızım oturan tərəfdən çırpılıb. Allah onu saxlayıb".

M.İsgəndərli qəzadan əvvəl gördüyü yuxunu danışıb:

"Yuxuda gördüm ki, qara it üstümə gəldi. Həmin ərəfədə Ülkər qəzaya düşüb. Nə şar açılıb, nə də kəməri bağlı olub. Gözünün yanı cırılıb. Göz qapağı gəlib gözün altına düşüb. Neçə vaxtdır görürəm mənimlə görüntülü danışmır. Deyirdi telefonum xarab olub. Üzünü əməliyyat ediblər.

Toylar qurtaran kimi getdim Türkiyəyə. Gedənə yaxın Ülkər dedi ki, "Ana, hovuzun qırağında yıxılmışam. Üz-gözümü görsən qorxma". Gedəndə görürəm Engin də (Qızı Ülkərin həyat yoldaşı) pərt kimidir. Orada açıb danışdı ki, qəza keçirdim.

Bakıda eşitsəydim, iflic olardım. Həyəcanlanan kimi təzyiqim qalxır".

Qeyd edək ki, Ülkər bir müddətdir Engin adlı Türkiyə vətəndaşı ilə ailə quraraq Antalyada yaşayır.