Daxili işlər nazirinin vertolyotu təcili eniş edib

İçərisində Türkiyənin daxili işlər naziri Süleyman Soylunun olduğu vertolyot Borusan hava limanına məcburi eniş edib.

Daxili işlər nazirinin vertolyotu təcili eniş edib

Intime.az xəbər verir ki, Ramazan bayramı tətilləri ilə bağlı Balıkesir və Bursa ərazilərindəki şoselərdə nəqliyyatın hərəkətini yoxlayan nazir İstanbula qayıdarkən vertolyotda problemlər yaranıb. Əlverişsiz hava şəraiti vertolyotun məcburi enişinə səbəb olub. Nazir İstanbula avtomobillə qayıtmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Ramazan bayramı tətilləri ilə bağlı Türkiyənin bütün şoselərində böyük tıxaclar yaranıb. Hava şəraitinin pisləşməsi qəzaların daha da artmasına səbəb olub.

Mənbə: Anews.az