Deputat oğlu saatda 200 km sürətlə qəzaya düşdü, ər-arvadı öldürdü

Deputat İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.

Deputat oğlu saatda 200 km sürətlə qəzaya düşdü, ər-arvadı öldürdü

Rusiyanın Çelyabinsk vilayətində Kunaşaksk rayonundan seçilən deputat İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.

Intime.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Deputatın oğlu Ruslan İmanqulov avtomobili yüksək sürətlə - saatda 200 km sürətlə idarə edirmiş. Anidən qarşısına çıxan iti vurmamaq üçün maşını döndərib və idarəetməni itirərək piyada keçidindəki qadınla kişini vurub. Hər iki şəxs hadisə yerindəcə ölüb. 

Ölənlərin ər-arvad olduğu bildirilir. O, rayon rəhbərinin keçmiş sürücüsü olub. Aprel ayında işdən çıxıb.

Mənbə: Baku.ws