Duma onu Baş Nazir seçdi

Rusiya Federasiyasının yeni Baş Naziri məlum olub.

Duma onu Baş Nazir seçdi

Intime.az modern.az-a istinadən xəbər verir ki, bu gün Dövlət Dumasında bununla bağlı müzakirələr keçirilib, fraksiya rəhbərləri çıxış ediblər. Daha sonra məsələ səsverməyə çıxarılıb. 383 deputat lehinə səs verib, 41 deputat isə bitərəf qalıb.

Deputatlar Prezident Vladimir Putin tərəfindən Baş Nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Mixail Mişustinə etimad göstəriblər. Bununla da, Mixail Mişustin Rusiyanın Baş Naziri seçilib.

Xatırladaq ki, ötən gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib. Bundan sonra Prezident Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşərək ona ölkənin Baş Naziri vəzifəsini təklif edib. Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Loading...