Elçiliyə gedən ailə Masallıda QƏZAYA DÜŞDÜ: 3 ölü, 3 yaralı

Masallı rayonunda "Niva" aşıb.

Elçiliyə gedən ailə Masallıda QƏZAYA DÜŞDÜ: 3 ölü, 3 yaralı

Intime.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Güllütəpə kəndində baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzada ölən və yaralananlar bir ailənin üzvləri olublar.

"Niva" Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb.

Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev Seymur Vidadi oğlu, onun arvadı, 1998-ci il təvəllüdlü Aslanova Rəna Əyyar qızı xəsarət alıb.

S.Şirəliyevin anası Sərvinaz Şirəliyeva, qardaşı arvadı, 1993-cü il təvəllüdlü Quliyeva Könül Cəmil qızı və onun bir övladı vəfat edib.

Maşında Könül Quliyevanın azyaşlı Nihad adlı oğlu və bir qızı olub. Uşaqlardan biri vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib. Lakin hazırda onların hansının vəfat etdiyini dəqiqləşdirmək mümkün olmayıb.

Ailə Yardımlıya elçilik məqsədilə gedirmiş. 

Qeyd edək ki, dağlıq ərazidə yerləşən kənd sürüşmə zonası hesab edilir.

Loading...