Elza Seyidcahan seçkilərə şeir yazdı: Fokus-Mokus!

Fevralın 9-da keçirilən parlament seçkiləri bir çox məqamları ilə yadda qaldı. Qoca qvardiyanın yenidən “ön cəbhədə” yerni alması, buraxılmış parlamentin 72 üzvünün yeni məclisdə təmsil haqqı alması, qanun pozuntuları, müdaxilələr və. s.

Elza Seyidcahan seçkilərə şeir yazdı: Fokus-Mokus!

Intime.az xəbər verir ki, bunlardan biri də deputatlığa namizədliyini vermiş Əməkdar artist Elza Seyidcahanın seçki məntəqəsində döyülməsi oldu. Seçkilərdən sonra bütün ümidlərini itirmiş bəstəkart-müğənni hər zaman maraqla qarşılanan şeirlərindən birini də cəmiyyətə təqdim edib. O ədalətli seçki üçün İstanbula getməyi və Əkrəm İmamoğlunun seçilməsini örnək göstərib.Amma şairənin ifadə dili həmişəki kimi yenə qəribəliyi ilə seçilib.

Elza Seyidcahanın seçkilərə həsr olunmuş şeirini təqdim edirik:

Aşkım, gedəlim buralardan, gedək İstanbula

Ekrem İmamoğluna şikayət edəlim buralardan

Getmişkən İstanbula balık-ekmek yeyəlim,

Dönər, ayran içəlim, kestane partladalım.

MƏ Zahir, Mə Daxil! Fokus-Mokus!

Səslər göylərdə uçur, quşlar uçan kimi

Kimə lazım bu Məclis, kimə lazım bu artistlik?

Ax saxtakarlar, seçib qurtardınız?

Səsimi oğurladınız, benzinimi əmdiniz.

Nəfəsimi aldınız, indi vakkum, zəkkum!

Adını qoyublar Milli Məclis, siz yalançılar,

Ax saxtakarlar, seçib qurtardınız?

Durnalar salam deyir Məzahirə, Əfruza, Mahirə

Qocası satqın, cavanı satqın, müəllimi yatqın

Hamısı çapkın, yapkın, bupkın, dupkın,

Nə? Kim? Harada? Çto, Qde, Koqda?

Aman aman, bu nə erotika, bu nə kosmetika?

Ax saxtakarlar, seçib qurtardınız?

Bizimyol

Loading...