Ərdoğan da Putini belə gözlədib - ANBAAN VİDEO

Rusiyanın dövlət telekanalı "Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yayıb.

Ərdoğan da Putini belə gözlədib - ANBAAN VİDEO

Telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərib. Məlum olub ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.

Intime.az xəbər verir ki, 2016-cı ildə Sankt-Peterburqdakı Konstantinovski Sarayında baş tutan görüş zamanı V.Putin Rəcəb Tayyib Ərdoğanı ayaq üstə gözləməli olub. O zaman Rusiya prezidentinin düşdüyü vəziyyət də dünya mediasında geniş müzakirə mövzusuna çevrilib. 

Təqdim etdiyimiz videoda aydın görünür ki, Putin 1 dəqiqə 52 saniyə Ərdoğanı gözləməli olub.

Loading...