Ərdoğan üçtərəfli zirvə görüşündən imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sofiya şəhərində Yunanıstan liderinin də iştirakı ilə planlaşdırılan üçtərəfli zirvə görüşündə iştirak etməkdən imtina edib.

Ərdoğan üçtərəfli zirvə görüşündən imtina etdi

Intime.az xəbər verir ki, bu barədə Haberler.com məlumat yayıb.

Ərdoğanın zirvə görüşündən imtina etməsinə səbəb Yunanıstanın sərhəddə qaçqınlara qarşı nümayiş etdirdiyi sərt mövqe olub.

Bolqarıstanın Baş naziri Boyko Borisov Sofiya şəhərində cümə günü Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsinin planlaşdırıldığını, lakin sərhəddə yunan əsgərlərin vurduğu iki qaçqının həyatını itirməsi səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Miçotakislə eyni masa arxasında oturmaq arzusunda olmadığını qeyd edib. / Oxu.az

Loading...