“Ərim lap kötücəm yaşındadır, partlasınlar” - FOTO

Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı Reza Toni barədə danışıb.

“Ərim lap kötücəm yaşındadır, partlasınlar” - FOTO

Intime.az axşam.az-a istinadən xəbər verir ki, o, “X maqazin” verilişində sosial şəbəkədə evliliyi barədə yazılan tənqidlərdən söz açıb:

“Deyirlər ki, ərin oğlun yaşındadır. Lap desinlər ki, nəvəsi, nəticəsi, kötücəsi yaşındadır. Dostlar sevinsin, düşmənlər də partlasın. Neyləyim indi, ayrılım? Kimsə nəsə yazacaq deyə ayrılım kişidən? 14 ildir bir yerdəyik. Onun 46, mənim 53 yaşım var. İndi hansı dövrdür ki, “mən nənəyəm, o nəvəmdir” yazırlar. Sizə nə? Sizi narahat edən nədir?

Belə şeylərə əhəmiyyət vermirəm. Adamın saqqalı, saçı ağarıb, deyirlər ki, nəvən yaşındadır. Bunu yazanlar daxilinin neqativini yazır. Özləri də bilirlər ki, düz yazmırlar. Münasibətlərimizi bilirlər. Yanlış yazmırlar, guya xətrimə dəymək istəyirlər”.

Qeyd edək ki, cütlük 2006-cı ildən birlikdədir.

Loading...