Erkin Qədirli: “Mandatdan imtina etməyəcəyəm“ - VİDEO

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan "REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirir.

Erkin Qədirli: “Mandatdan imtina etməyəcəyəm“ - VİDEO

Intime.az qaynarinfo.az-a istinadən xəbər verir ki, E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: "Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.

O iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: "Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.

İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.

Erkin Qədirli mandatdan imtina etməyəcəyini də bildirib.

Loading...