Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisinin meyidi tapıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Georgi Kutoyan ölü tapılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisinin meyidi tapıldı

Intime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun cəsədi Yerevanda binalardan birindəki mənzildə aşkarlanıb.

Meyitin üzərində güllə yaraları aşkar edilib. Bəzi erməni KİV 39 yaşlı Kutoyanın intihar etdiyini yazır. 

Qeyd olunur ki, Kutoyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib.