Ermənistan ordusu sərhəd döyüş məntəqələrini intensiv atəşə tutub - DSX

DSX: Sərhəd döyüş məntəqələri Ermənistan ordusunun bölmələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə tutulub

Ermənistan ordusu sərhəd döyüş məntəqələrini intensiv atəşə tutub - DSX

Intime.az xəbər verir ki, aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, bölmələrimizin atəşə tutulduğu Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.

Mənbə: Azertag.az