Fəzail Ağamalı danışdı: “Məndən sonra YAP-ın üzvü gəlir”

Sosial mediada Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Nefçala seçki dairəsindən millət vəkili seçilən Fəzail Ağamalının namizədliyinin ləğv olunması və qazi Kamil Müsəvinin liderliyi ələ alması ilə bağlı xəbər yayılıb. 

Fəzail Ağamalı danışdı: “Məndən sonra YAP-ın üzvü gəlir”

Intime.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Fəzail Ağamalı bildirib ki, bu informasiyaların heç bir əsası yoxdur:

“Bu informasiyalar yalandır. Mən 11 mindən çox səs toplayaraq, birmənalı şəkildə qalib gəlmişəm. Məndən sonra YAP-ın üzvü gəlir, Kamil Müsəvi isə üçüncüdür. Kamil Müsəvi və onun tərəfdarları özlərindən qəhrəman düzəldirlər. Siz onun seçki kampaniyası dövründə seçicilərlə keçirmiş olduğu görüşlərin təfsilatını aparasınız, görərsiniz ki, barmaqla sayıla biləcək sayda insan onunla görşə gəlib. Gələnlərin əksəriyyəti isə kənardan onu dəstəkləyən, müxtəlif səbəblərdən yanında olanlardır. Kamil Musəvi sadəcə olaraq Azərbaycan xalqının mərhəmətindən, əlillərə, Qarabağ uğrunda döyüşən şəhid ailələrinə, qazilərimizə olan hörmətdən, məhəbbətdən istifadə edərək bu cür manipulyasiya ilə məşğuldur. Bu da ancaq təəssüf doğurur”.

Loading...