Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi

Havanın dəyişəcəyi, güclü küləyin əsəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırırıq.

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi

Intime.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O, vətəndaşlara müraciət edib ki, uşaqları soyuq və küləkli havada nəzarətsiz buraxmasınlar, ağacların altında durmasınlar, avtomobillərini ağacların altında saxlamasınlar. Nazirliyin sözçüsü onu da bildirib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyindən sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə edilir.

Milli Hidrometeorologiya Departamentinin verdiyi proqnoza görə, ölkə ərazisində yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 23-də güclü cənub-qərb küləyini əsəcəyi, yanvarın 24-də isə güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.