Həftər elə qərar verdi ki, neftin qiyməti dərhal artdı

Liviyanın şərqini idarə edən Xəlifə Həftərın neft ixracı limanlarını bağlaması dünya bazarında neftin qiymətinin artmasına səbəb olub.

Həftər elə qərar verdi ki, neftin qiyməti dərhal artdı

Bu barədə Sondakika.com xəbər yayıb.

Xəbərdə bildirilir ki, ölkədə fövqəladə vəziyyət elan edən Liviya Neft Milli Agentliyi günlük istehsalın 1.2 milyon bareldən 400 min barelə qədər azaldığını bildirib.

800 min barellik çatışmazlıq ölkənin hər gün 55 milyon dollar (93,500,000 AZN) itirməsi ilə nəticələnib.

Bundan sonra dünya bazarında “Brent” markalı neftin qiyməti 64.85 dollardan (110 AZN) 66 dollara (112 AZN) qalxaraq 1.7 faiz artıb.

WTI markalı neftin qiyməti 58,54 dolardan (təx. 99 AZN ) 59,66 dolara (təx. 101 AZN) qalxaraq 1,9 faiz artıb. / oxu.az