İlkin Həsəni statusa görə işdən çıxarılıb? - ATV-dən AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb.

İlkin Həsəni statusa görə işdən çıxarılıb? - ATV-dən AÇIQLAMA

Intime.az xəbər verir ki, yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib.

Azxeber.com məsələni dəqiqləşdirmək üçün ATV telekanalının icraçı direktoru İsmayıl Həsənov ilə əlaqə saxlayıb.

O bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu "Buğlama" şousu da yayımını davam etdirir. Onu da qeyd edim ki, "Buğlama" production layihəsidir".

Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqda sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi.