“İnstagram”dan yeni funksiya gəlir

Dünyada milyonlarla insanın istifadə etdiyi ''instagram''da yeni dəyişiklik olub.

“İnstagram”dan yeni funksiya gəlir

Intime.az olke.az-a istinadən xəbər verir ki, artıq ''İnstagram''da şərh yazarkən izləyici daha diqqətli olmalıdır. Şərhi yayımlamadan əvvəl ''İnstagram'' həmin izləyiciyə ''Şərhi paylaşmaq istədiyinizə əminsinizmi?'' sualını verəcək.

Qeyri-etik şərh yazanlara isə xəbərdarlıq olunacaq. Süni intellektin oxuya bildiyi bu şərhləri yayımlayanların hesablarının təhlükəyə girmə ehtimalı da var. Əgər ''İnstagram'' lazım bilərsə həmin hesab bağlanacaq.