İntim videosu yayılan aparıcı işdən çıxarıldı

Aktyor-aparıcı Ülvi Həsənli ARB telekanalındakı işindən uzaqlaşdırılıb.

İntim videosu yayılan aparıcı işdən çıxarıldı


Intime.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin bu gün sosial şəbəkədə yayılan intim görüntüləri olub. Belə ki, bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin videosu qız tərəfindən qeydə alınaraq, sosial mediada yayılıb.

ARB-də "Üçəlli" verilişinə aparıcılıq edən aktyoru şairə Nazilə Səfərli əvəzləyəcək. O, Axşam.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Bildirək ki, sözügedən proqramın digər aparıcısı isə Həsən Həsrətlidir.