İspan həkim göz yaşlarını saxlaya bilmədi: “Cihazları yaşlılardan çıxarıb cavanlara taxırıq”

İspaniyalı həkim ölkəni əsir alan COVID-19 virusu ilə apardıqları mübarizədən danışan zaman göz yaşlarını saxlaya bilməyib.

Intime.az-ın xəbərinə görə, həkim insanlardan bir neçə ürək dağlayan səsli mesaj aldığını bildirib:

"Nəfəsalma cihazları yaşlılardan çıxarılıb gənclərə taxılır. Çünki kifayət qədər cihaz yoxdur. Yaşlılarla bərabər bu millətə qarşı bir məsuliyyətimiz var. Onları tərk edə bilmərik. Dəyərsiz ölə bilmərik. Siyasətçilər real vəziyyəti görməyirlər və ya görmək istəmirlər. Tibb bacıları xəstələrlə vəhşi kimi davranırlar. Həkimlər yetərincə avadanlıqların olmadığını dəfələrlə söyləyirlər. Amma onları dinləyən yoxdur." 

Bildirək ki, Avropadan COVID-19 virusu İtalyadan sonra İspaniyada daha çox yayılıb.