Kamildən qızına təsirli sözlər: “Atan 10 günlük...” - FOTO

Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

Kamildən qızına təsirli sözlər: “Atan 10 günlük...” - FOTO

Intime.az xəbər verir ki, o, xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.

Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub.

İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib.

O sosial şəbəkədə yazıb:

"Bu sözlər, mənə bu gün, çox pis təsir etdi.

Kamil məhkəmədən sonra övladı ilə telefonda danışdı: Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”. / Azxeber.com

Loading...