Koronavirus görə yardım alanın hesabına səhvən 8 milyon köçürüldü - FOTO

ABŞ-ın İndiana əyalətində bir adam, koronavirusa görə dövlətin yardım edəcəyi sosial müavinət olan 1700 dolları gözlədiyi bir vaxtda onun hesabına 8.2 milyon dollar pul köçürülüb.

Koronavirus görə yardım alanın hesabına səhvən 8 milyon köçürüldü - FOTO

Intime.az xəbər verir ki, Yeni Çikaqoda yaşayan Çarlz Kelvin dövlətin imkansızlara və uşaqlara təyin etdiyi iqtisadi yardım paketini almaq üçün bankomata yaxınlaşır.

Hesabından yalnız 200 dollar çıxaran Kelvin ödəniş qəbzinə baxanda gözlərinin gördüyünə inana bilmir. Həmin qəbzdə inanılmaz dərəcədə yüksək bir məbləğ hesabda 8.2 milyon dolların olduğu qeyd olunmuşdu.

O bunun zarafat olduğunu düşünüb yoxlamaq üçün hesabdan həmin pulu bir dəfəlik çıxarmaq istəyib. Bunun üçün bir neçə bankomatdan istifadə edən Kelvin hər bankomatdan 200 dollar çıxarmağa başlayıb. Amma qəbzdə isə əksinə məbləğ çıxdıqca belə hesab dəyişilmirdi.

Çarlz bunun səbəbini öyrənmək üçün banka müraciət edib. Məlum olub ki, onun hesabında cəmi 1700 dollar pul var sadəcə sistemdə problem olduğu üçün qəbzdə yalnış hesab məlumatı əks olunub. / Metbuat.az

Loading...