Koronavirusla bağlı bu xəbər əhalini sevindirəcək - VİDEO

Çində koronavirusa yoluxan şəxslərdən 47 mindən çoxu sağalıb.

Intime.az atv.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə komitəsindən məlumat verilib. Virusdan ölənlərin sayı isə 2943 nəfərə çatıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyir ki, koronavirusda digər qriplərlə müqayisədə ölüm halları daha azdır.

ÜST-ün rəqəmlərinə görə, hər il qripdən 600 mindən çox insan ölür. Koronavirusdan isə bu müddət ərzində cəmi 3000 minə yaxın insan ölüb. 

Bu virusa yoluxanların ölüm riski 2,5 % civarındadır. Afaq Əliyeva deyir ki, bütün hallarda vətəndaşlarımız gigiyenik qaydalara riayət etməlidir. / Baku.ws

Loading...