Mərkəzi Bankdan vaxtı keçmiş kreditlərlə bağlı açıqlama

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 232,4 milyon manat təşkil edib.

Mərkəzi Bankdan vaxtı keçmiş kreditlərlə bağlı açıqlama

Bu barədə Intime.az-a Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, bu, aprelin 1-i ilə müqayisədə 11,1% azdır. Problemli kreditləri ilin əvvəlinə nisbətən 3,2% az, son 1 ildə isə 18,05% azalıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,1% təşkil edib. Bu nisbət martın sonuna 8,9% və ötən ilin sonuna 8,3%, ötən il aprelin sonuna isə 11,6% olub.

Loading...