Millimizin futbolçusu ingilis klubunda

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Serhat Taşdemir İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən "Pitersboro" klubu ilə müqavilə bağlayıb.

Millimizin futbolçusu ingilis klubunda

Intime.az xəbər verir ki, bu barədə "Report"a 19 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, "Pitersboro" ilə 3 illik müqavilə bağladığını bildirib.

"Blekbern Rovers" akademiyasının məzunu olan Taşdemir yeni klubuna Milli Liqa (səviyyədə beşinci) komandası "Fayld"dan keçib. Yeniyetmə futbolçu 2018/2019 mövsümündə 27 oyuna 5 qol vurub. "Piterbro" isə mövsümü 46 oyundan 72 xalla 7-ci pillədə başa vurub.

Qeyd edək ki, Serhat Taşdemir ilk dəfə Azərbaycanın U-19 yığmasına bu ilin yanvarında dəvət olunub.