MSK-nın ləğv etdiyi dairələr - SİYAHI

Bu gün Mərkəzi Seçki Komissiyası iclas keçirib.

MSK-nın ləğv etdiyi dairələr - SİYAHI

Intime.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlər müzakirə olunub.

Müzakirələr zamanı bəzi dairələrin nəticələri ləğv edilib.

Ləğv olunan dairələrin lider namizədləri bunlardır:

80 saylı İmişli-Beyləqan seçki dairəsi - Çingiz Qənizadə

74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli

35 saylı Xətai üçüncü seçki dairəsi - Rauf Arifoğlu

33 saylı Xətai birinci seçki dairəsi - Hüseynbala Mirələmov

İclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlıseçki dairəsi, 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Bundan başqa, 15 saylı Yasamal birinci seçki dairəsi, 28 saylı Sabunçu üçüncü seçki dairəsi, 79 saylı İmişli seçki dairəsi i ilə bağlı müraciətlər müzakirəyə çıxarılıb.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib. 

Araşdırmalar davam edir. / Mediapost