Müsavat, REAL və D 18 birgə mitinq qərarı verdi
Üç müxalifət təşkilatı burgə mitinq keçirmək razılığına gəlib.

Intime.az etikxeber.az-a istinadən xəbər verir ki, bu haqda Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib
“Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi”-deyə, o, bildirib.
Qeyd edək ki, Müsavat Partiyası dünən bəyanat yayaraq, seçkilərin nəticələrini tanımadığını bildirib və yeni seçkilərin keçiriləməsini tələb edib.