Özbəkistanda tanınmış dramaturqun yaradıcılığına dair dəyirmi masa keçiriləcək

Özbəkistanda “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması “Ə. B. Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı  dəyirmi masa keçiriləcək.

Özbəkistanda tanınmış  dramaturqun yaradıcılığına dair dəyirmi masa keçiriləcək

Intime.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında  31 yanvar 2020-ci il tarixli, 1784 nömrəli Sərəncamı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırılıb.

Azərbaycan Mədəniyyət Mərkəzi  “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd və regionlarda, habelə Özbəkistanın universitetlərində yaradılmış Azərbaycan ocaqlarında il ərzində Azərbaycanın “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması “Ə. B. Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı  dəyirmi masavə seminarların keçirilməsini,  ədibin əsərlərinin Özbək dilinə tərcümə edilməsini, Əbdürəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində xüsusi bölmənin yaradılmasını, habelə Özbək mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutub.

Loading...