Pulları yığıb qaçan məmur icra başçısının yeznəsidir

“Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur.

Pulları yığıb qaçan məmur icra başçısının yeznəsidir

ntime.az yenisabah.az-a istinadən xəbər verir ki, bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir.

“Sumqayıt Nəqliyyat” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN olan qurum Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Vergilər Nazirliyinin reyestr məlumatlarında MMC-nin qanuni təmsilçisi kimi Xannı Rüstəmovun adı qeyd edilib.

Loading...